...

Azərbaycanda 193 min manat dəyərində saxta əskinaz müsadirə edilib – DİN

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2009 17:51 (UTC +04:00)
Azərbaynda ilin birinci yarısında iqtisadi fəaliyyət sahəsinə aid cinayətkar qəsdlərə qarşı aparılan tədbirlər nəticəsində ümumi məbləği 193 min manat olan 2104 ədəd saxta əskinaz dövriyyədən çıxarılıb
Azərbaycanda 193 min manat dəyərində saxta əskinaz müsadirə edilib – DİN

Azərbaycan, Bakı, 31 iyul / Trend , müxbir N.İsmayılova /

"Azərbaynda ilin birinci yarısında iqtisadi fəaliyyət sahəsinə aid cinayətkar qəsdlərə qarşı aparılan tədbirlər nəticəsində ümumi məbləği 193 min manat olan 2104 ədəd saxta əskinaz dövriyyədən çıxarılıb", - daxili işlər nazirinin müavini Vilayət Eyvazov ilin birinci yarısının yekunlarına dair kollegiya iclasında deyib. Bu barədə DİN-in məlumatında deyilir.

Hesabat dövrü ərzində nazirliyin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən 10 cinayət faktı müəyyən edilərək qanunsuz dövriyyədən 60 tondan çox istifadə müddəti ötmüş müxtəlif çeşiddə ərzaq məhsulları, 5 min ədəd kontrafakt içki, 120 tondan çox tikinti materialları, habelə açıq satışı qadağan olunmuş 7 min ədəd dərman preparatı çıxarılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti