Azərbaycan, Bakı, 10 avqust / Trend /
Azərbaycanda mal-qara arasında qara yara ilə bağlı epizootik vəziyyət stabildir, Azərbaycanın Səhiyyə Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin məlumatında deyilir.
Son illər ərzində həyata keçirilən profilaktik tədbirlər nəticəsində Azərbaycanda mal-qara arasında qara yara xəstəliyi aşkar olunmayıb. Birinci yarımildə bütün təsərrüfatlardakı heyvanlar ölkənin dövlət büdcəsindən ayrılan vəsait hesabına alınan vaksinlər ilə peyvənd olunub. Buna görə də Azərbaycanda mal-qara arasında qara yara xəstəliyinin yayılması haqqında məlumat əssassızdır.
Bu xəstəliyə qarşı mal-qaranın peyvənd olunması bu xidmət tərəfindən vaxtaşırı həyata keçirilir. Baytarlıq Xidməti kifayət qədər lazım olan peyvəndə malikdir.