...

Azərbaycanda kənd təsərrüfatı mallarının istehlak qiymətlərinin indeksi azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Avqust 2009 11:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 avqust / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycanda iyulda kənd təsərrüfatı mallarının istehlak qiymətlərinin indeksi ötən aya nisbətdə 99,3 faiz təşkil edib, yanvar-iyul ayında isə ötən ilin analoji dövrü ilə müqayisədə 1,9 faiz artıb, bu barədə çərşənbə axşamı Dövlət Statistika Komitəsindən bildirilib.

Ötən ayda bitkiçilik, bostançılıq və bağçılıq məhsullarının qiymətləri 3,1 faiz azalıb, eyni zamanda xüsusi bostançılıq məhsulları və şitillər 7, 5 faiz, taxıl və digər qruplar 1,4 faiz, meyvə və qoz-fındıq 0,2 faiz ucuzlaşıb.

İyulda heyvandarlıq və iribuynuzlu mal-qara məhsullarının istehlak qiymətləri indeksi iyuna nisbətdə 1,7 faiz artıb. Bu seqmentdə quş və toyuq yumurtası 4,6 faiz, iribuynuzlu mal-qara isə 4,5 faiz ucuzlaşıb.

Avqustun 18- ə olan rəsmi məzənnə 0,8041 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti