Qazaxıstan, Astana, 18 avqust / Trend , müxbir K.Konırova /
Qazaxıstanda fəaliyyət göstərən xarici şirkətlər öz vəsaitlərinin bir hissəsini ikinci səviyyəli Qazaxıstan banklarında saxlamalıdırlar, bu barədə bu gün Astanada QR-nın Baş naziri Kərim Məsimov bəyan edib.
"Xarici şirkətlərin Qazaxıstan banklarında saxlamalı olduğu maliyyə resurslarının miqdarı üzrə tələblər hazırlanmalıdır", - Məsimov bu gün hökumət iclasında çıxış edərkən bildirib.
Dövlət başçısı bu işlərin həyata keçirilməsini Maliyyə Nəzarəti üzrə Dövlət Agentliyinə və Milli Bankın rəhbərliyinə tapşırıb.