...

"Akkord" şirkətinin bayrağı Şahdağın "Heydər Əliyev" zirvəsinə sancılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Avqust 2009 16:46 (UTC +04:00)
Azərbaycan Alpinizm Federasiyası avqustun 10-da Azərbaycanın ikinci ən yüksək zirvəsi olan Şahdağa yürüş təşkil edib. Yürüşdə Azərbaycan Alpinizm Federasiyasının biri qadın olmaqla ən təcrübəli 11 alpinistindən ibarət heyəti ilə yanaşı, "Akkord" Şirkətlər Qrupunun əməkdaşları da iştirak edib.
"Akkord" şirkətinin bayrağı Şahdağın "Heydər Əliyev" zirvəsinə sancılıb

Azərbaycan, Bakı, 18 avqust / Trend /

Azərbaycan Alpinizm Federasiyası avqustun 10-da Azərbaycanın ikinci ən yüksək zirvəsi olan Şahdağa yürüş təşkil edib. Yürüşdə Azərbaycan Alpinizm Federasiyasının biri qadın olmaqla ən təcrübəli 11 alpinistindən ibarət heyəti ilə yanaşı, "Akkord" Şirkətlər Qrupunun əməkdaşları da iştirak edib. Bu barədə çərşənbə axşamı şirkətdən yayılan məlumatda deyilir.

Ekspedisiyanın məqsədi Şahdağ massivində "Heydər Əliyev" zirvəsini fəth etməklə "Akkord" Şirkətlər Qrupunun bayrağının orada dalğalandırılması olub.

Qeyd edək ki, Şahdağ Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 8 dekabr tarixli 1814 nömrəli Sərəncamı əsasında yaradılıb. Böyük Qafqazın dağ silsilələrindən olan Şahdağın hündürlüyü 4243 metrdir.

Ekspedisiyanın səfəri avqustun 15-də "Akkord" Şirkətlər Qrupunun bayrağının Heydər Əliyev zirvəsində dalğalandırılması ilə başa çatıb.

Xatırladaq ki, sözügedən zirvə ilk dəfə 1998-ci ildə mərhum Prezident Heydər Əliyevin 75 illiyi münasibətilə fəth olunub.

Xəbər lenti

Xəbər lenti