Azərbaycan, Bakı, 25 avqust / Trend , müxbir Ü.İsmayılova /
Azərbaycan Vergilər Nazirliyi "vahid pəncərə" vasitəsilə Amerikanın böyük əczaçılıq şirkəti "PFİZER H.C.P. CORPORATİON"nın Azərbaycan nümayəndəliyi qeydiyyatdan keçib. Bu barədə idarənin rəsmi saytında deyilir.
Şirkətin nümayəndəsi Azərbaycan vətəndaşı Fuad Mustafayevdir. MMC avqustun 13-də qeydiyyatdan keçib.
Baş qərargahı Nyu-Yorkda olan "PFİZER H.C.P. CORPORATİON" dünyanın ən böyük tibbi-bioloji və əczaçılıq şirkətidir. 2007-ci ildə Pfizer 48,4 milyard dollar vəsait qazanıb, şirkətin dərmanların hazırlanması və tədqiq edilməsində investisiyası 8,1 milyard dollar təşkil edib.