...

Azərbaycanın dövlət büdcəsindən sahibkarların güzəştli maliyyələşməsi üzrə ikinci tranş ayrılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Sentyabr 2009 18:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 sentyabr / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Maliyyə Nazirliyindən dövlət büdcəsində 2009-cu ilə nəzərdə tutulmuş 74 milyon manatlıq vəsaitdən 20 milyon manat miqdarında ikinci tranş alıb. Bu barədə çərşənbə günü fondun icraçı direktoru Şirzad Abdullayev deyib.

"Bu vəsaitin yerləşdirilməsindən sonra fond qalan 17 milyon manatın alınması üçün müraciət edəcək", - Abdullayev deyib.

SKMF dövlət büdcəsində 2009-cu ilə nəzərdə tutulmuş vəsaitdən 37 milyon manatı ilin əvvəlində alıb.

2009-cu ildə Milli Fondun xətti ilə 130 milyon manatlıq güzəştli kerditlərin verilməsi planlaşdırılır. Bunun 74 milyon manatı büdcə vəsaitinin payına düşür, 56 milyon manatı isə əvvəl verilmiş kredit resursları hesabına formalaşdırlıb. Hazırda fond 65 milyon manat məbləğində güzəştli şərtlərlə kreditlər verib.

Sentyabrın 02-nə olan rəsmi məzənnə 0,804 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti