...

AGBank uduşlu kuponların oynanılmasına başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Sentyabr 2009 13:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 sentyabr / Trend /

Bütün MasterCard və Visa plastik kart sahibləri "AGBank"ın bankomatlarından istifadə etdikləri təqdirdə uduşlu kupon əldə etmək imkanı qazanırlar, bu barədə bankın cümə günü yayılmış məlumatında deyilir.

200 və 500 manat nominallı kupon sahibləri "AGBank"ın tək öz müştəriləri yox, istənilən bankda MasterCard və Visa plastik ödəniş kartlara malik şəxslər ola bilərlər. Kupon əldə etmək üçün sadəcə kartınız üzrə əməliyyatı "AGBank"ın bankomatlarında həyata keçirmək lazımdır.

"AGBank" bütün arzu edənlərə kart məhsullarının geniş spektrini, o cümlədən MasterCard Platinum, MC Business, MC Gold, MC Standard, MC Euro, MC Standard MAGellAN+, Maestro (salary, STİ med, teacher, student), Maestro Business Prepaid, Visa Business, Visa Gold, Visa Classic, Visa Classic Bumeranq, Visa Electron (salary) və Visa Platinum təklif edir. Bakıda və regionlarda müştərilərin xidmətinə "AGBank"ın 55 bankomatı və 387 POS terminalı təqdim olunub.

2005-ci ilin fevralından fəaliyyətə başlayan "Uduşlu kupon" məhsulu Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin patentini alıb və ölkədə analoqu yoxdur.

Xəbər lenti

Xəbər lenti