...

Azərbaycan və Yunanıstan turizm sahəsində kadrların hazırlanması perspektivlərini müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Sentyabr 2009 20:57 (UTC +04:00)
Bakıda cümə axşamı Azərbaycan və Yunanıstanın iş adamlarının görüşü keçirilib. Görüşdə turizm üçün kadrların hazırlanması üzrə əlaqələrin genişləndirilməsi, Azərbaycan və Yunanıstan arasında təhsil sahəsində əməkdaşlığın inkişafı perspektivləri barədə müzakirələr aparılıb.
Azərbaycan və Yunanıstan turizm sahəsində kadrların hazırlanması perspektivlərini müzakirə ediblər

Azərbaycan, Bakı, 10 sentyabr / Trend , müxbir Ü.İsmayılova /

Bakıda cümə axşamı Azərbaycan və Yunanıstanın iş adamlarının görüşü keçirilib. Görüşdə turizm üçün kadrların hazırlanması üzrə əlaqələrin genişləndirilməsi, Azərbaycan və Yunanıstan arasında təhsil sahəsində əməkdaşlığın inkişafı perspektivləri barədə müzakirələr aparılıb. Bu barədə Azərbaycanın İqisadi İnkişaf Nazirliyindən cümə axşamı verilən məlumatda deyilir.

Tədbir İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycanda İxrac və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Azərbaycan Turizm İnstitutunun və Yunanıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə həyata keçirilib.

Avropa Şurasının "Erasmus Mundus" Xarici Əməkdaşlıq Proqramı çərçivəsində keçirilmiş görüşlərdə Azərbaycan və Yunanıstan tərəfdən turizm, tikinti, konsaltinq, mühəndislik və İKT sahələrində fəaliyyət göstərən 60-a yaxın iş adamı iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected].

Xəbər lenti

Xəbər lenti