...

Azərbaycanda depozitlər üzrə faiz dərəcələrinin azalması müşahidə olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Sentyabr 2009 10:55 (UTC +04:00)
Azərbaycanda depozitlər üzrə faiz dərəcələrinin azalması müşahidə olunur

Azərbaycan, Bakı, 11 sentyabr / Trend , müxbir N.İsmayılova /

2009-cu il avqustun 1-nə depozitlər üzrə orta faiz dərəcəsi manatla 11,27 faiz təşkil edib. İyulun 1-nə bu göstərici 11,45 faiz, 2009-cu il yanvarın 1-nə 11,61 faiz, 2008-ci il avqustun 1-nə isə 11,97 faiz təşkil edib. Bu barədə cümə günü Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Depozitlər üzrə orta faiz dərəcəsi xarici valyuta ilə müvafiq olaraq 9,38 faiz, 10,77 faiz, 7,96 faiz və 9,52 faizdir.

Avqustun 1-nə fiziki şəxslərin depozitləri üzrə orta faiz dərəcələri manatla 12,53 faiz təşkil edib. İyulun 1-nə bu rəqəm 12,75 faiz, yanvarın əvvəlinə 12,54 faiz, 2008-ci il avqustun 1-nə isə 12,71 faiz təşkil edib. Fərdi müştərilərin depozitləri üzrə faiz dərəcələri xarici valyuta ilə müvafiq olaraq 12,3 faiz, 12,53 faiz, 12,43 faiz və 12,93 faizə bərabər olub.

Avqustun əvvəlinə hüquqi şəxslərin depozitləri üzrə orta faiz dərəcəsi manatla 8,26 faiz, iyulun 1-nə 8,36 faiz, yanvarın 1-nə 9,48 və ötən il avqustun 1-nə 10,07 faiz təşkil edib. Korporativ müştərilərin depozitləri üzrə xarici valyuta ilə orta faiz dərəcələri müvafiq olaraq 4,85 faiz, 6,19 faiz, 5,4 faiz və 5,19 faiz olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti