...

Parabank kredit məsləhətçiləri üçün təlim təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Sentyabr 2009 14:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 sentyabr / Trend /

Parabank ASC kredit məsləhətçiləri üçün "Direct Marketing və onun tədbiqi zamanı bankı təqdim etmə qaydaları mövzusunda" təlim təşkil etmişdir, bu barədə bankın bazar ertəsi yayılan məlumatında deyilir.

Bu təlim kursunun məqsədi iştirakçılara "Uğur kredosu və cəlb etmənin metodları", "Mərkəzi Bankın son statistik göstəriciləri və uçot faiz dərəcəsi" (kreditlərə təsir gücündən), "Direct marketing və onun növləri", "Time Managment", "Lead Generation" (müştəridə bu və ya digər məhsula maraq yaratmaq), "seqmentasiya", "marketing dəyişkənlərinin rolu və direct marketinqin buna təsiri", veriləcək kredit məhsullarının likvidliyinin təmin olunması (müvafiq düsturlar vasitəsi ilə), fərdi ünsiyyət qaydaları, kreditin verilməsində 6C metodunun tətbiqi və s haqqında məlumat verməkdir.

Müvafiq tapşırıqların və müzakirələrin vasitəsilə iştirakçılar öyrəndiklərini real vəziyyətlərdə tətbiq etmək bacarığına yiyələnəcəklər.

Tədbirdə təqribən 50 kredit məsləhətçisi iştirak edib. Parabank-ın təşkil etdiyi bu növ təlimlər uzunmüddətli olmaq etibarilə yalnız kredit mütəxəssisləri üçün deyil, bankın digər işçiləri üçün də nəzərdə tutulmuşdur.

Qeyd edək ki, Parabank-ın strategiyasına uyğun olaraq gələcəkdə də bank işçiləri üçün bu növ tədbirlərin keçirilməsini davam etdirəcəkdir.

Xəbər lenti

Xəbər lenti