Azərbaycan, Bakı, 19 sentyabr / Trend , müxbir Ü.İsmayılova /
Yanvar-avqust aylarında MDB ölkələrindən Azərbaycana 1,14 milyard dollarlıq mal idxal edilib ki, bu da ölkənin ümumi idxalının 30,02 faizini təşkil edir. Bu barədə şənbə günü Dövlət Gömrük Komitəsindən deyilib.
MDB-dən Azərbaycana taxıl bitkiləri (ümumi idxalın 12,45 faizi), quru nəqliyyat vasitələri (7,73 faiz), elektrik maşınları, avadanlıqları, onların hissələri (11,16 faiz) və digər mallar idxal edilib.
Azərbaycandan MDB -yə ixrac edilən malların ümumi həcmi isə 974,94 milyon dollar (ümumi ixracın 11,36 faizi) təşkil edib.
MDB-yə əsasən mineral yanacaqlar, neft məhsulları, bitum mineralı (ümumi ixracın 60,55 faizi), tərəvəzlər (4,80 faiz), heyvan və bitki yağları (7,83 faiz), şəkər tozu, qənnadı məmulatları (4,80 faiz) və digər mallar ixrac edilib.
MDB ölkələri ilə idxal-ixrac əməliyyatları üzrə mənfi saldo 172,79 milyon dollar təşkil edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]