...

"Azərbaycan Dəmir Yolları" bir sıra məhdudiyyətlərlə sərnişin qatarlarının hərəkətini bərpa edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Sentyabr 2009 17:08 (UTC +04:00)
“Azərbaycan Dəmir Yolları” güclü yağışlara görə yolların yuyulub aparılması nəticəsində dayandırılmış Hacıqabul - Pirsaat və Şirvan - Ələt daxili marşrutları üzrə sərnişin qatarlarının hərəkətini bir sıra məhdudiyyətlərlə bərpa etdiyini bildirib.
"Azərbaycan Dəmir Yolları" bir sıra məhdudiyyətlərlə sərnişin qatarlarının hərəkətini bərpa edib

Azərbaycan, Bakı, 21 sentyabr / Trend /

"Azərbaycan Dəmir Yolları" güclü yağışlara görə yolların yuyulub aparılması nəticəsində dayandırılmış Hacıqabul - Pirsaat və Şirvan - Ələt daxili marşrutları üzrə sərnişin qatarlarının hərəkətini bir sıra məhdudiyyətlərlə bərpa etdiyini bildirib.

"Azərbaycan Dəmir Yolları" SC-nin bazar ertəsi verilən məlumatında deyilir ki, bu istiqamətlərdə hərəkət 20 sentyabrda dayandırılıb və elə həmin gün də 23.32-də (Bakı vaxtı ilə) pərpa edilib.

Dünən təxminən 15.00-da Pirsaat - Hacıqabul mənətəqələri arasındakı sahədə sel suları 800 metr dəmir yolunu dağıdıb. Bundan savayı, Şirvan-Qaragünə yolunun təxminən 200 metrlik hissəsi su altında qalıb. Bunun nəticəsində Hacıqabul - Şirvan, Hacıqabul - Pirsaat, Şirvan - Qaragünə - Xıdırlı marşrutunda yol təsərrüfatı sıradan çıxıb, elektrik enerjisinin verilməsi dayandırılıb və Hacıqabul - Nəvai - Ələt - Sığırlı yarımstansiyalarında rabitə kəsilib.

Təbii fəklakətin nəticələrinin aradan qaldırılması üçün "Azərbaycan Dəmir Yolları" SC-nin bütün təsərrüfatlarında fövqəladə vəziyyət elan olunub.

Xəbər lenti

Xəbər lenti