...

Rabitəbank ilin sonunadək əsas maliyyə göstəricilərinin 20 faiz artımını gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Sentyabr 2009 12:09 (UTC +04:00)
Azərbaycan bankı Rabitəbank cari ilin yekunlarına əsasən əsas maliyyə gösətiricilərinin artımını 15-20 faiz səviyəsində proqnozlaşdırır. Bu barədə cümə axşamı bankın İdarə Heyətinin sədr müavini Elçin Qədimov bildirib.
Rabitəbank ilin sonunadək əsas maliyyə göstəricilərinin 20 faiz artımını gözləyir

Azərbaycan, Bakı, 24 sentyabr / Trend , müxbir N.İsmayılova /

Azərbaycan bankı Rabitəbank cari ilin yekunlarına əsasən əsas maliyyə gösətiricilərinin artımını 15-20 faiz səviyəsində proqnozlaşdırır. Bu barədə cümə axşamı bankın İdarə Heyətinin sədr müavini Elçin Qədimov bildirib.

"İlin sonunadək bankın aktiv, kredit və depozit portfeli kimi bütün əsas maliyyə göstəriciləri üzrə proqnozu 15-20 faiz təşkil edir. Bu göstərici ötən il ərzində 25 faiz təşkil edir. 2007-ci ildə isə bu göstərici 70 faiz olub", - Qədimov deyib.

Onun sözlərinə görə, ölkənin bank sektoru aşağı templə inkişaf edir, belə ki, banklar templərin artırılması ilə müqayisədə risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsinə daha çox diqqət ayırır.

"Ümid edirik ki, 2010-cu il daha aktiv olacaq, belə ki, bankın maliyyələşmə mənbələri - həm tərəfdaş əlaqələri, həm də depozitlərin artım templəri öz fəallığını saxlayır", - o bildirib.

Qədimovun sözlərinə görə, bu il Rabitəbank özünün tarif siyasətini yenidən nəzərdən keçirməyi planlaşdırmır.

"Bank rəhbərliyi bazarın inkişafını izləyir, lakin hazırda kredit və depozit dərəcələrində ciddi dəyişikliklər gözlənilmir, belə ki, bankın depozit portfelində artım müşahidə edilir", - o deyib.

Avqustun 1-də bankın aktivləri 83,19 milyon manat, məcmu kapitalı 14,93 milyon manat, depozit portfeli 65,87 milyon manat, kredit portfeli isə 62,15 milyon manat təşkil edib.

Sentyabrın 24-nə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti