Azərbaycan, Bakı, 26 sentyabr / Trend /
Avropa Şurasının "Moneyval" ekspert qrupu (çirkli pulların yuyulmasına qarşı tədbirlərin qiymətləndirilməsi üzrə) dekabr ayında Azərbaycanda pulların yuyulması ilə mübarizə üzrə qurumun fəaliyyətə başlamasını gözləyir. Bu barədə AŞ-nin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.
"Yeni preventiv qurum AML/CFT hələ funksiya göstərmir, lakin onun 2009-cu ilin dekabr ayında fəaliyyətə başlayacağı gözlənilir", - sənəddə qeyd olunub.
"Hazırkı mərhələdə Avropa Şurası ekspertləri bu tədbirlərin həyata keçirilməsi zamanı bəzi "çatışmazlıqlardan narahatdır", - məlumatda deyilir.
Avropa Şurası iki aydan sonra Azərbaycanın "Moneyval" çərçivəsində qrupun 31 plenar iclasında görülmüş işlər haqqında hesabat təqdim edəcək.
Azərbaycan 2003-cü ildə "Moneyval" yeni göstərişlərinə əsasən, qiymətləndirmədən keçən ilk ölkə olub. Onlar özündə "40 + 8" prinsipi (pulların tutulmasının qarşısının alınması üzrə 40 standart, maliyyə terrorizminin qarşısının alınması üzrə səkkiz standart) üzrə FATF-in hər bir standartına müvafiq ayrıca qitmət kompeksi əks etdirir. Standartların hər biri 180 yarımbənddən ibarət olan bir neçə abzas təşkil edir.