...

Azərbaycanda ipoteka istiqrazları emissiyasının 70 faizi artıq yerləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Oktyabr 2009 20:09 (UTC +04:00)
Cümə axşamı Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun 5 milyon manatlıq növbəti faizli, adlı, sənədsiz təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi keçirilib, bu haqda fondun məlumatında deyilir.
Azərbaycanda ipoteka istiqrazları emissiyasının 70 faizi artıq yerləşdirilib

Cümə axşamı Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun 5 milyon manatlıq növbəti faizli, adlı, sənədsiz təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi keçirilib, bu haqda fondun məlumatında deyilir.

Səkkiz sərmayədar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 7,995 milyon manat təşkil edib.

Sifarişlər 100,9500 faizlə cari qiymət üzrə təqdim edilib. Hərraca təqdim edilən istiqrazlar tam yerləşdirilib.

Emissiyanın ümumi həcmi 55 milyon manat təşkil edir. Hər istiqraz 1 000 manatdır. Bu gün bu emissiyadan 38 milyon manatlıq istiqraz yerləşdirilib.

Fonddan verilən məlumata görə, indiyədək keçirilən hərraclarda tələb təklifi iki dəfə üstələyib. Bu göstərici sərmayədarların təmin edilmiş istiqrazlara böyük marağının olduğunu göstərir.

"Bu alətin ölkənin maliyyə bazarı üçün yeni olmasına baxmayaraq, ipoteka istiqrazları təkrar bazarda fəal surətdə dövr edir", - fonddan belə deyilib.

İstiqrazların tam ödənilməsi tarixi 2016-cı il may ayının 10-na müəyyənləşdirilib.

Oktyabrın 8-nə olan rəsmi məzənnə: 0,8032 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti