...

Suveren rifah fondlarının birinici forumunun nəticələrinə əsasən Bakı Bəyannaməsi qəbul olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2009 18:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 oktyabr / Trend /

Bu gün Azərbaycanda suveren rifah fondlarının beynəlxalq forumunun nəticələrinə əsasən stabil maliyyə sisteminin inkişafının davam etdirilməsi və kapital qoyuluşunun azad hərəkəti məqsədi ilə Bakı Bəyannaməsi qəbul olunub.

Azərbaycanın maliyyə naziri Samir Şərifov forumda deyib ki, özəl sektor və aidiyyatı təşkilatlarla dialoqu davam etdirməyə imkan verən platformanın yaradılması üçün suveren rifah fondlarının böyük potensialı var.

Forum iştirakçıları dünya maliyyə böhranı kontekstində müxtəlif məsələləri müzakirə edib və müstəqil investorlara sərmayə yatırımları etmək üçün münbit şəraitin yaradılması barədə fikir mübadiləsi aparıblar.

Suveren rifah fondlarının növbəti forumu 2010-cu ilin mayında Avstraliyada keçiriləcək.

Xəbər lenti

Xəbər lenti