...

Azərbaycan və İran arasında dənizlə sərnişindaşımaları bərpa ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2009 11:13 (UTC +04:00)
Oktyabrın 28-dən İranın Ənzəli ticarət limanı ilə Azərbaycanın Bakı limanı arasında dənizlə sərnişindaşımaları bərpa ediləcək. Bu barədə Bakı Beynəlxalq Dəniz Ticarət Limanındakı mənbədən məlumat verilib.
Azərbaycan və İran arasında dənizlə sərnişindaşımaları bərpa ediləcək

Azərbaycan, Bakı, 08 oktyabr / Trend , müxbir E.İsmayılov/

Oktyabrın 28-dən İranın Ənzəli ticarət limanı ilə Azərbaycanın Bakı limanı arasında dənizlə sərnişindaşımaları bərpa ediləcək. Bu barədə Bakı Beynəlxalq Dəniz Ticarət Limanındakı mənbədən məlumat verilib.

"Söhbət İranın Ənzəli limanı ilə Bakı limanı arasındakı dənizlə sərnişindaşımalarının bərpasından gedir. İlk növbədə, Ənzəli və Bakı limanları arasındakı sərnişindaşımaları bərpa ediləcək. İran tərəfinin məlumatına görə, oktyabrın 28-də ilk reys olacaq", - mənbədən deyilib.

Onun sözlərinə görə, bu sərnişin xətti uzun illər fəaliyyət göstərib. 1998-ci ildən isə onun fəaliyyəti dayanıb. Onun bərpa edilməsi məsələsi İran və Azərbaycanın dövlət strukturları arasında razılaşdırılıb.

Xəzər dənizi üzrə Ənzəli-Bakı, Bakı-Ənzəli sərnişin reysləri həftədə iki dəfə həyata keçiriləcək. Bunun üçün Azərbaycanda iki liman arasında işləyəcək gəmilərə başçılıq edən İran Gəmiçilik Şirkətinin daimi nümayəndəliyi yaradılacaq. "150 sərnişin tutumuna malik olan gəmilər komfortludur", - mənbədən deyilib.

İran tərəfi həmçinin gələcəkdə Bakıdan İranın digər Xəzər limanları - Əmirabad və Nouşəhrə daşımaların həyata keçirilməsini planlaşdırır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti