Azərbaycan, Bakı, 15 oktyabr / Trend /
qtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı pərakəndə ticarət obyektlərində 550 kiloqramdan çox saxlama müddəti ötmüş və mənşəyi məlum olmayan ərzaq məhsulları aşkar edilərək satışdan çıxarılıb, bu barədə nazirliyin cümə axşamı yayılan məlumatında deyilir. Onlar arasında kolbasa və qənnadı məmulatları, un məmulatları, bitki yağları, süd və süd məhsulları, balıq və konservləşdirilmiş məhsullar, pivə, meyvə şirələri, sular, uşaq yeməkləri və s. olub.
Əhalinin istehlkaçı hüquqlarının pozuntusu faktları Bakının Yasamal, Nəsimi, Nizami, Binəqədi, Sabunçu, Suraxanı rayonlarında, həmçinin Gəncə və Xaçmaz şəhərlərində aşkar edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.
Ümumiyyətlə, 17 may 2009-cu il tarixindən "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 48 hüquqi şəxsə 185 min manat, 480 fiziki şəxsə 716,5 min manat cərimə tətbiq olunmuşdur.
Oktyabrın 15-nə olan rəsmi məzənnə 0,8029 AZN/USD təşkil edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]