...

Avstriya və Azərbaycanın hüquq şirkətləri Mərkəzi Avropa Hüquq Mərkəzi təsis ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2009 16:01 (UTC +04:00)
Avstriyanın hüquq firması Lansky, Ganzger & Partner və Bakı Hüquq Mərkəzi birgə müəssisənin yaradılmasına dair müqavilə imzalayıblar. Müqaviləyə əsasən, Qafqazda Mərkəzi Avropa Hüquq Mərkəzi yaradılıb. Bu barədə Avstriya şirkətinin cümə günü yayılan məlumatında deyilir.
Avstriya və Azərbaycanın hüquq şirkətləri Mərkəzi Avropa Hüquq Mərkəzi təsis ediblər

Azərbaycan, Bakı, 16 oktyabr/ Trend /

Avstriyanın hüquq firması Lansky, Ganzger & Partner və Bakı Hüquq Mərkəzi birgə müəssisənin yaradılmasına dair müqavilə imzalayıblar. Müqaviləyə əsasən, Qafqazda Mərkəzi Avropa Hüquq Mərkəzi yaradılıb. Bu barədə Avstriya şirkətinin cümə günü yayılan məlumatında deyilir.

"Lansky, Ganzger & Partner Rechtsanwaelte GmbH, Vienna (LGP) Asiya istiqamətində genişlənməyi davam edərək, şirkətin bu regionda öz müştərilərinə xidmət etmək imkanlarını artırmaq və səmərəli əsaslarda yeni perspektivlər açmaq niyyətini bir daha vurğulamışdır", - məlumatda qeyd olunur.

BHM Lansky, Ganzger & Partner MMC mərkəzi və Şərqi Avropa regionunda Lansky, Ganzger & Partner (LGP) şirkətinin əsaslı təcrübəsini və Bakıda ən iri hüquq firması olan Bakı Hüquq Mərkəzinin nüfuzunu özündə birləşdirir. BM müştərilərə müxtəlif sahələrdə xidmətlər göstərir, o cümlədən korporativ hüquq, özəlləşdirmə, ictimai sektor, infrastruktur, energetika, beynəlxalq hüquqi təmsilçilik sahələrində. Şirkət daşıma, energetika və kommunal xidmətlər sahəsində bir sıra işlər həyata keçirmiş olaraq, həm ictimai, həm də ictimaiyə yaxın olan sektorlarda tarixi qüvvəyə malikdir. Bundan başqa, şirkət beynəlxalq ictimai hüquqla bağlı məsələlərdə, normativ sənədlərin beynəlxalq standartlara uyğunlaşdırılması, beynəlxalq arbitrajla bağlı işlərdə özəl və dövlət müştərilərin maraqları məsələlərində müstəqil dövlətləri təmsil edir. Xarici investorlara tam çeşidli xidmətlər göstərməklə, BHM Lansky, Ganzger & Partner MMC müştərilərə regional bazarlara giriş imkanı yaradaraq, arzu olunan obyektin əldə edilməsində və Mərkəzi Asiyada yeni əməliyyatların planlaşdırılmasında yardım edəcək.

Lansky, Ganzger & Partner şirkətinin İcraçı direktoru Qabriel Lanskinin sözlərinə görə, "Regional nümayəndəlikləri "sıfırdan" yaradan bir çox beynəlxalq şirkətlərdən fərqli olaraq, LGP güclü, müstəqil yerli tərfdaşlarla əməkdaşlıq etməyə üstünlük verir. Biz işləri və hökumətlə əlaqələri bu dərəcədə yaxşı inkişaf etmiş olan tanınmış şirkəti tapmağa çox şad olduq". "Azərbaycanda yeni ofisin açılması bizim üçün Mərkəzi Asiya ilə vacib birləşdiricidir. Bundan əlavə, ölkənin neft və qazın təchizatında oynadığı rol haqqında da unutmaq olmaz", - o deyib.

Bakı Hüquq Mərkəzinin direktor müavini Fariz Məmmədov BM təsis etmək haqqında qərarını belə şərh etmişdir: "Biz kollektivimizin genişlənəmsi və beynəlxalq əməliyyatlar sahəsində müştərilərimizə göstərdiyimiz xidmətlərin artırılması üçün Avropa hüquq şirkətini uzun müddət ərzində axtarırdıq".

Bakı Hüquq Mərkəzi (BHM) müştərilərə müxtəlif sahələrdə xidmətlər göstərir, o cümlədən korporativ hüquq, özəlləşdirmə, ictimai sektor və beynəlxalq işgüzar əməliyyatlar. Şirkət beynəlxalq hüquqi forumlarda fəal iştirak edir və Avropa və MDB dövlətlərinin qabaqçıl şirkətləri ilə işgüzar əlaqələr yarada bilmişdir. BHM həm Azərbycan, həm də şirkətin filialı çalışdığı Qazaxıstan hökuməti ilə yaxşı tənzimlənmiş əlaqələr yaratmışdır. Şirkətin gələcək planlarına Türkmənistanda filialın açılması daxildir.

Lansky, Ganzger + Partner (LGP) - baş ofisi Vyanada yerləşən iri beynəlxalq hüquq şirkətidir. LGP öz ofisləri və ortaq şirkətləri vasitəsilə "Böyük Avropa" və bütün dünyada təmsil olunmuşdur. Beynəlxlalq nümayəndəlikləri (Bratislava, Bakı) və ortaq şirkətlərindən başqa, LGP-nin Vyanada, başqa ölkələrin, xüsusilə Rusiya, MDB və Cənub-Şərqi Avropa ölkələri, Türkiyə və Azərbaycan, ABŞ-nın yurisdiksiyalarında ixtisaslaşmış hüquqşunasları var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti