...

Azərbaycanın sığorta şirkətinin strukturunda dəyişiklik olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2009 17:45 (UTC +04:00)
Azərbaycanın AzSigorta ASC-də səhmdarların ümumi iclasının qərarı ilə şirkətin gələcək inkişafı və ölkənin maliyyə bazarında aparıcı mövqe tutması üçün kadr dəyişiklikləri edilib. İndi şirkət sığorta sektorunda təcrübəsi olan gənc peşəkar komanda tərəfindən idarə ediləcək, cümə günü şirkətdən deyilib.
Azərbaycanın sığorta şirkətinin strukturunda dəyişiklik olub

Azərbaycan, Bakı, 16 oktyabr / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycanın AzSigorta ASC-də səhmdarların ümumi iclasının qərarı ilə şirkətin gələcək inkişafı və ölkənin maliyyə bazarında aparıcı mövqe tutması üçün kadr dəyişiklikləri edilib. İndi şirkət sığorta sektorunda təcrübəsi olan gənc peşəkar komanda tərəfindən idarə ediləcək, cümə günü şirkətdən deyilib.

Direktorlar Şurasının qərarı ilə Əli Hüseynov Azsigorta ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə, Akşin Cahangirov, Fuad Sadıqov və Sadıq Mansurov isə İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin ediliblər.

AzSigorta sığorta bazarında 2006-cı ilin noyabr ayından fəaliyyət göstərir. Azərbaycan sığorta bazarının liderlərindən biri olan şirkət 30 növ könüllü, 5 növ icbari xidmət növü göstərir. Cari ilin doqquz ayı üzrə yığılmalar 8 milyon manata çatıb. Şirkətin nizamnamə kapitalı 4 milyon manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti