...

A/H1N1 virusuna yoluxmuş xəstənin vəziyyəti orta ağırdır - Azərbaycan Səhiyyə Nazirliyi

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Noyabr 2009 19:19 (UTC +04:00)
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yerləşdirilmiş A/H1N1 virusuna yoluxmuş xəstənin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
A/H1N1 virusuna yoluxmuş xəstənin vəziyyəti orta ağırdır - Azərbaycan Səhiyyə Nazirliyi

Azərbaycan, Bakı, 04 noyabr / Trend , müxbir Ü.İsmayılova/

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yerləşdirilmiş A/H1N1 virusuna yoluxmuş xəstənin vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Bu barədə çərşənbə günü Azərbaycanın Səhiyyə Nazirliyindən məlumat verilib.

"Ukraynanın İvanovo-Frankovsk vilayətində müvəqqəti yaşayan və oktyabrın 26-da Azərbaycanın Kürdəmir rayonuna qayıdan Azərbaycan vətəndaşında A/H1N1 virusu aşkar edilib. Xəstə Azərbaycana dəmiryol nəqliyyatı ilə oktyabrın 25-da gəlib", - Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov bildirib. Onun sözlərinə görə, xəstədə virusun olması bu gecə təsdiq edilib.

Xəstə həkimlərin nəzarəti altında müalicə kursu keçir. Xəstə ilə ünsiyyətdə olan şəxslər arasında profilaktik tədbirlər keçirilir.

Azərbaycanda iyulda "dozun qripi"nə iki yoluxma faktı qeydə alınıb. Sözügedən faktlar Fransa və İngiltərədən gələn şəxslərdə aşkar olunub. Yoluxanların hər ikisi tamamilə sağalıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti