Azərbaycan, Bakı, 11 noyabr / Trend /
Minsk rayonunda Azərbaycan Ticarət-Logistika Mərkəzi inşa ediləcək. Bu barədə Minsk vilayəti İcraiyyə Komitəsinin iqtisadiyyat şöbəsinin rəhbəri vəzifəsini yerinə yetirən Vita Sivilskaya bildirib. Məlumatı BELTA yayıb.
Layihə 2010-2012-ci illərdə reallaşdırılacaq. Artıq Azərbaycan tərəfindən "İnterStroyPortalPlyus" MMC müəssisəsi qeydiyyatdan keçib. Hazırda Şomıslitsa kəndi ərazisində 25-35 hektar torpaq sahəsinin ayrılması məsələsi nəzərdən keçirilir. Tikinti işlərinin dəyəri təxminən 10-12 milyon dollar təşkil edir.
Sivilskayanın sözlərinə görə, Belarus və Azərbaycanın paytaxt regionları arasında əməkdaşlıq intensiv inkişaf edir. Cari ilin fevralında, başda Minsk vilayəti İcraiyyə Komitəsinin rəhbəri Leonid Krups olmaqla, Minsk vilayətinin nümayəndə heyəti Belarus-Azərbaycan biznes forumunda, Belarus məhsullarının sərgi-satışında iştirak etmək üçün Azərbaycana rəsmi səfər təşkil edib.
10-13 sentyabrda azərbaycanlı iş adamları Minşinə səfər ediblər, 22-25 oktyabrda isə Belarus müəssisələrinin nümayəndələri Azərbaycanda olublar.
Səfərin yekunu olaraq "Viley təmir zavodu" və "Enerqoservis" şirkəti arasında konteynerlərdən istifadə etməklə birgə mobil evlərin hazırlanması haqqında, "Zabudova" şirkətinin Nabran (Xaçmaz rayonu) qəsəbəsinin taxta evlərlə təhciz edilməsində iştirakı ilə bağlı razılıq əldə olunub. Ət və süd məhsullarının istehsalı üzrə birgə müəssisənin təşkil olunması məsələsi nəzərdən keçirilir.
Nəticədə əmtəə ixracı əhəmiyyətli dərəcədə artıb. Belə ki, əgər cari ilin yanvarında Azərbaycan 0,4 milyon dollarlıq məhsul tədarük etmişdisə, yanvar-fevralda 1,2 milyon dollar, yanvar-martda 2 milyon dollar, yanvar-sentyabrda isə artıq 14 milyon dollarlıq məhsul tədarük edib.
Minsk vilayətinin regionları ilə Azərbaycan regionlarının əməkdaşlığı Minsk və Xaçmaz rayonu arasında müəyyən olunmuş qardaşlıq əlaqələri haqqında müqavilə (2009-cu il, fevral), Nesvijski və İsmayıllı rayonu arasındakı ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında müqavilə (2008-ci il, iyun) çərçivəsində həyata keçirilir.