...

Azərbaycanda "donuz qripi"nə yoluxmuş daha bir nəfər evə buraxılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Noyabr 2009 15:56 (UTC +04:00)
Bu gün A/H1N1 virusuna yoluxmuş daha bir nəfər sağalaraq evə buraxılıb. Bu barədə cümə günü Azərbaycanın Səhiyyə Nazirliyindən bildirilib.
Azərbaycanda "donuz qripi"nə yoluxmuş daha bir nəfər evə buraxılıb

Azərbaycan, Bakı, 13 noyabr / Trend , müxbir Ü.İsmayılova/

Bu gün A/H1N1 virusuna yoluxmuş daha bir nəfər sağalaraq evə buraxılıb. Bu barədə cümə günü Azərbaycanın Səhiyyə Nazirliyindən bildirilib.

"Hazırda yeddi saylı uşaq infeksion xəstəxanasında iki xəstə müalicəsini davam etdirir", - nazirlikdən bildirilib.

Mənbənin sözlərinə görə, xəstələrin vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir.

Cümə axşamı xəstəxanadan daha iki nəfər evə buraxılmışdı. Azərbaycanda yeddi gündə 14 "donuz qripi"nə yoluxma halı qeydə alınıb.

Azərbaycan Səhiyyə Nazirliyinin tərkibinə daxil olan bütün tibb müəssisələri ölkəyə "donuz qripi" - A/H1N1 virusunun daxil olması səbəbindən gücləndirilmiş iş rejiminə keçiblər. Nazirlik ölkə üzrə bütün tibb personalına müəssisələrdə profilaftik təbdirlərin keçirilməsini və hər bir yerli poliklinikada qeydiyyatda olan şəxslərin ərazi üzrə yoxlanmasını tapşırıb.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycan üçün pulsuz ayrılan virus əleyhinə vakisinlərin ilk partiyası noyabrın sonunda gətiriləcək. Vaksinləmə risk qrupuna daxil olan şəxslər arasında aparılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti