...

Azərbaycanda A/H1N1 virusuna yoluxan şəxs özünü yaxşı hiss edir - xəstəxananın baş həkimi

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Noyabr 2009 13:10 (UTC +04:00)
Azərbaycanda A/H1N1 virusuna yoluxan və hazırda Elmi-tədqiqat ağciyər xəstəlikləri institutunda müalicə kursu keçən şəxs özünü yaxşı hiss edir, yaxın günlərdə o, evə buraxılacaq, bazar ertəsi xəstəxananın baş həkimi Xəyyam Məmmədov bildirib.
Azərbaycanda A/H1N1 virusuna yoluxan şəxs özünü yaxşı hiss edir - xəstəxananın baş həkimi

Azərbaycan, Bakı, 14 noyabr / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycanda A/H1N1 virusuna yoluxan və hazırda Elmi-tədqiqat ağciyər xəstəlikləri institutunda müalicə kursu keçən şəxs özünü yaxşı hiss edir, yaxın günlərdə o, evə buraxılacaq, bazar ertəsi xəstəxananın baş həkimi Xəyyam Məmmədov bildirib.

"Xəstə özünün çox yaxşı hiss edir, xəstədə virusun sipmtomları tamamilə yoxdur", - xəstəxananın baş həkimi bildirib.

Onun sözlərinə əsasən, çərşənbə günü xəstə tam müayinədən keçəcək və nəticələr qənaətbəxş olarsa, evə buraxılacaq.

Azərbaycanda ümumilikdə bu günədək 14 "donuz qripi"nə yoluxma faktı qeydə alınıb. Birinci yoluxma faktı yayda aşkarlanıb.

Azərbaycan Səhiyyə Nazirliyinin tərkibinə daxil olan bütün tibb müəssisələri ölkəyə "donuz qripi" - A/H1N1 virusunun daxil olması səbəbindən gücləndirilmiş iş rejiminə keçiblər. Nazirlik ölkə üzrə bütün tibb personalına müəssisələrdə profilaftik təbdirlərin keçirilməsini və hər bir yerli poliklinikada qeydiyyatda olan şəxslərin ərazi üzrə yoxlanmasını tapşırıb.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycan üçün pulsuz ayrılan virus əleyhinə vakisinlərin ilk partiyası noyabrın sonunda gətiriləcək. Vaksinləmə risk qrupuna daxil olan şəxslər arasında aparılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti