...

Tbilisidə Moskva reyslərinə aviabiletlərin satışı başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2009 15:46 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 24 dekabr / Trend , müxbir N.Kirsxaliya/

Tbilisidə dekabrın 26-na Moskvaya ilk birbaşa çarter aviareysi üzrə biletlərin satışı başlayıb. "Ayrzena-Gürcüstan hava xətləri" (Airzena-Georgia Airways) - aviasiya şirkəti iki ölkə arasındakı birbaşa hava nəqliyyatının bərpa edilməsi üçün Rusiyaya rəsmi ərizə ilə müraciət edib.

"Ayrzena" nümayəndələrinin sözlərinə görə, Rusiya aviasiyasından şifahi razılıq alınıb. Lakin rəsmi məktub hələki daxil olmayıb və bu səbəbdən də aviasiya şirkəti biletlərin satışı ilə bağlı heç bir göstəriş verməyib.

Dekabrın 28, 29 və 30-u tarixlərinə biletlər artıq satılıb, bir biletin deyeri 350 dollardır.

Daha öncə Rusiya Prezidenti Dmitri Medvedyev ölkələr arasında hava nəqliyyatının bərpa edilməsinin mümkünlüyü barədə bəyan edib. Rusiya və Gürcüstan arasında birbaşa hava nəqliyyatı Cənubi Osetiyada müharibə başlayandan sonra 2008-ci il avqustun 9-dan dayandırılıb.

Xəbər lenti

Xəbər lenti