...

Azərbaycanda ticarət obyektlərindən təxminən 2,7 ton vaxtı ötmüş məhsul çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2009 17:57 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin dekabrın 24-25-də istehlak bazarında növbəti monitorinqi zamanı təxminən 2,7 ton vaxtı ötmüş məhsul satışdan çıxarılaraq məhv edilib.
Azərbaycanda ticarət obyektlərindən təxminən 2,7 ton vaxtı ötmüş məhsul çıxarılıb

Azərbaycan, Bakı, 28 dekabr / Trend , müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin dekabrın 24-25-də istehlak bazarında növbəti monitorinqi zamanı təxminən 2,7 ton vaxtı ötmüş məhsul satışdan çıxarılaraq məhv edilib. Bu barədə nazirliyin bazar ertəsi yayılmış məlumatında deyilir.

Monitorinq Bakının Nəsimi, Səbail, Binəqədi, Yasamal rayonlarında və Tovuz şəhərində keçirilib.

Mağazalardan vaxtı ötmüş kolbasa və qənnadı məmulatları, düyü, mərcimək, lobya, süd və süd məhsulları, meyvə şirələri və pivə satışdan çıxarılıb.

İstehlakçı hüquqlarını pozan fiziki və hüquqi şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə dair protokollar tərtib olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti