...

Azərbaycan, Gürcüstan və Türkiyə "Bakı-Tbilisi-Qars" layihəsinin reallaşdırılmasını müzakirə edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Yanvar 2010 17:40 (UTC +04:00)
Yanvarın 28-29-da Tbilisi şəhərində Bakı-Tbilisi-Qars dəmiryol xətti layihəsi ilə bağlı Koordinasiya Şurasının VIII iclası keçiriləcək. Bu barədə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin məlumatında deyilir.

Azərbaycan, Bakı, 25 yanvar / Trend /

Yanvarın 28-29-da Tbilisi şəhərində Bakı-Tbilisi-Qars dəmiryol xətti layihəsi ilə bağlı Koordinasiya Şurasının VIII iclası keçiriləcək. Bu barədə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin məlumatında deyilir.

İclasda nəqliyyat naziri, şuranın həmsədri Ziya Məmmədov iştirak edəcək.

İclasda Koordinasiya Şurasının ötən ilin oktyabrında Bakı şəhərində keçirilmiş VII iclasından keçən dövr ərzində görülmüş işlərin hesabatı dinləniləcək, "Marabda-Kartsaxi Dəmir Yolu" ASC-nin 2010-cu il büdcəsi təsdiq olunacaq.

Tərəflər həmçinin "Bakı-Tbilisi-Qars" layihəsi çərçivəsində Marabda-Türkiyə sərhədi yolunun tikintisi üçün Azərbaycanın Gürcüstan tərəfinə ayırdığı 200 milyon dollar məbləğində kreditin istifadəsi məsələsini müzakirə edəcəklər.

"Bakı-Tbilisi-Qars" layihəsi çərçivəsində 76 km Türkiyə ərazisindən, 29 km Gürcüstan ərazisindən keçən yeni 105 kilometrlik dəmiryol magistralının tikintisi planlaşdırılır. Bundan əlavə, Gürcüstanda yükötürmə qabiliyətinin ildə 15 milyon tonadək artırılması üçün 183 kilometrlik Axalkalaki-Marabda-Tbilisi dəmiryol məntəqəsi bərpa ediləcək. Həmçinin Axalkalakidə Gürcüstandakı dəmir yollarından qatarların Avropaya keçməsi üçün məntəqənin inşa edilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti