Azərbycan, Bakı, 08 fevral / Trend /
Azərbaycan Beynəlxalq Bankının törəmə strukturu olan MBA-Moskva 9-10 fevral tarixlərində Moskva şəhərində "Rusiyada elektron maliyyə xidmətləri" mövzusunda keçiriləcək X Beynəlxalq iFin-2010 forumunda iştirak edəcək. Bu barədə bankın məlumatında deyilir. Forum Rusiya bankları assosiasiyasının dəstəyi ilə "iFin.ru" internet portalı tərəfindən keçirilir.
iFin-2010 forumu Rusiyada hər il keçirilir. Forum distansion bank sistemlərinin müxtəlif sistemləri, internet bankinq, internet treydinq, mobil bankçılıq, elektron ödəmə vasitələri, onlayn hesablama sistemləri və s. kimi sahələrdə müasir nailiyyətlərə həsr edilir.
Forumda müasir şəraitdə yüksək texnologiyalı bank xidmətlərinin yaradılması və istifadəsi məsələləri gözdən keçiriləcək. Maliyyə xidmətlərinin yeni keyfiyyətinin formalaşmasında distansion xidmət texnologiyasına xüsusi diqqət ayrılacaq.
MBA-Moskva Azərbaycan Beynəlxalq Bankının törəmə strukturudur. Bank Rusiya ərazisində 100 faizlik Azərbaycan kapitalı ilə fəaliyyət göstərən ilk və yeganə bankdır.