...

Bakı metropoliteninin işi tamamilə bərpa olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2010 17:11 (UTC +04:00)
Bakı metropoliteninin elektrik təchizatında olan problemə görə bir neçə saatlıq dayandırılmış işi tamamilə bərpa olunub. Bu barədə Bakmetropolitenin Baş mühəndisi Elbrus Muradov çərşənbə günü deyib.
Bakı metropoliteninin işi tamamilə bərpa olunub

Azərbaycan, Bakı, 09 fevral / Trend /

Bakı metropoliteninin elektrik təchizatında olan problemə görə bir neçə saatlıq dayandırılmış işi tamamilə bərpa olunub. Bu barədə Bakmetropolitenin Baş mühəndisi Elbrus Muradov çərşənbə günü deyib.

"Metropolitenin işi bərpa olunub", - Muradov deyib.

Bakıya elektrik verilişindəki problemin səbəbi paytaxtı enerji ilə təchiz edən yüksək voltlu elektrik ötürücü xətlərdən birinin qırılması olub. Bu barədə "Azərenerji" (Azərbaycanda elektrik enerjisi istehsalı) SC-nin mətbuat xidmətinin rəhbəri Ələkbər Bəxşəliyev deyib.

"Problem xətlərdən birinin qırılması ilə əlaqədardır. Hazırda SC-nin işçiləri hadisənin səbəblərinin aydınlaşdırılması və aradan qaldırılmasına dair işlər aparır. Dəqiq məlumatlar yalnız səbəbin dəqiq aydınlaşdırılmasından sonra veriləcək", - Bəxşəliyev deyib.

Bakı rayonlarının əksəriyyətində elektrik verilişi dayandırılıb. İlkin məlumatlara görə, yüksəkvoltlu ötürücü xətlərdə problem yaranıb. "Bakıelektrikşəbəkə" (Bakıda elektrik enerjisi paylanması ilə məşğuldur) ASC-dən bildirildiyi kimi, elektrik enerjisinin verilişi qismən bərpa edilib.

Metropolitenin dayanmasına görə tunellərdə dayanan qatarlarda qalmış sərnişinlər evakuasiya edilib. Evakuasiya işləri Azərbaycanın Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılıb. Həmçinin hadisə yerində təcili tibbi yardım işçiləri var.

Xəbər lenti

Xəbər lenti