...

Azərbaycanlı sahibkarlara güzəştli şərtlərlə 55 kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2010 18:57 (UTC +04:00)
Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu Bakı şəhərində 350 sahibkar üçün seminar keçirib. Bu barədə nazirliyin məlumatında deyilir.
Azərbaycanlı sahibkarlara güzəştli şərtlərlə 55 kredit verilib

Azərbaycan, Bakı, 12 fevral / Trend , müxbir N.İsmayılova/

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu Bakı şəhərində 350 sahibkar üçün seminar keçirib. Bu barədə nazirliyin məlumatında deyilir.

Fondun vəsaiti hesabına səlahiyyətli kredit təşkilatları vasitəsilə Bərdə, Ağcabədi, Goranboy, Beyləqan, İmişli, Saatlı və Biləsuvar iqtisadi rayonlarında 42 kredit verilib. Layihələrin güzəştli kreditlər vasitəsilə maliyyələşdirilməsi 100-dən çox iş yerinin açılmasına kömək edəcək.

2009-cu ildə SKMF səlahiyyəli kredit təşkiltları vasitəsilə 130 milyon manat həcmində 2100-dən artıq kredit verib. Beləliklə, keçən il 2008-ci illə müqayisədə SDMF-in vəsaitləri hesabına güzəştli kreditlər alan sahibkarların sayı 2,6 dəfə, kreditlərin həcmi isə 48% artıb. Fondun vəsaitləri hesabına maliyyələşən investisiya layihələrinin həyata keçirilməsi ilə 8500-dən artıq yeni iş yerlərinin açılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti