...

Bank Standard "Uduşlu pul köçürməsi" aksiyasının ikinci tirajını keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2010 19:18 (UTC +04:00)
Bank Standard-ın "Uduşlu pul köçürməsi" aksiyasının ikinci tirajı bankın Lənkəran filialında keçiriləcək. Bu barədə bazar ertəsi bankın məlumatında deyilir.
Bank Standard "Uduşlu pul köçürməsi" aksiyasının ikinci tirajını keçirəcək

Azərbaycan, Bakı, 22 fevral / Trend /

Bank Standard-ın "Uduşlu pul köçürməsi" aksiyasının ikinci tirajı bankın Lənkəran filialında keçiriləcək. Bu barədə bazar ertəsi bankın məlumatında deyilir.

Bu tirajda Bank Standard-dakı təcili pulköçürmə sistemləri vasitəsilə pul köçürən və ya alan müştərilər üçün 1 ədəd 106 sm (42 düym) diaqonallı, maye-kristal ekranlı televizor oynanılacaq.

Bank Standard-ın "Uduşlu pul köçürməsi" aksiyasında 1000 dollar (avro) və ya 30 000 rubl və daha artıq məbləğdə pul köçürən və alan müştərilər iştirak edir. Hər köçürmə edən müştəri lotereyada oynamaq üçün bir şans əldə edir.

Aksiya Bank Standard-da fəailiyyət göstərən bütün təcili pulköçürmə sistemlərini əhatə edir. Bura Western Union, Xpress Money, Privat Money, Faster, "Bıstraya Poçta", Contact, Migom və "Zolotya Korona" daxildir.

Aksiyanın 2-ci tirajı fevralın 25-də saat 17:00-da Bank Standard-ın Lənkəran filialında, müstəqil komissiyanın nəzarəti altında və müştərilərin iştirakı ilə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti