...

2009-cu ildə "Qarant Sığorta" şirkətinin sığorta yığımları 4 mln manatı ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2010 11:31 (UTC +04:00)
Azərbaycanın "Qarant Sığorta" şirkəti 2009-cu ili uğurlu maliyyə göstəriciləri ilə başa vurub ki, bu da şirkətin sürətli inkişafından xəbər verir. 2009-cu ilin yekunları üzrə şirkətin sığorta yığımlarının ümumi həcmi 4,185 milyon manat, sığorta ödənişlərinin ümumi həcmi 250,073 min manat təşkil edib.
2009-cu ildə "Qarant Sığorta" şirkətinin sığorta yığımları 4 mln manatı ötüb

Azərbaycan, Bakı, 9 mart / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycanın "Qarant Sığorta" şirkəti 2009-cu ili uğurlu maliyyə göstəriciləri ilə başa vurub ki, bu da şirkətin sürətli inkişafından xəbər verir. 2009-cu ilin yekunları üzrə şirkətin sığorta yığımlarının ümumi həcmi 4,185 milyon manat, sığorta ödənişlərinin ümumi həcmi 250,073 min manat təşkil edib. Bu barədə şirkətin çərşənbə axşamı yaydığı məlumatda bildirilir.

"2009-cu il bizim üçün çox uğurlu bir il olub. Artıq hamıya bəllidir ki, "Qarant Sığorta" şirkəti möhkəm özüllər üzərində durur. 2009-cu ildə böyük nailiyyətlər əldə etmişik, lakin 2010-cu ilə olan planlarımız bundan da optimistdir. Qeyd etmək istərdim ki, 2009-cu ilin nəticələrinə əsasən vergi ödənişlərinin həcmi, təxminən, 2 dəfə artaraq, 145 602,44 manat təşkil edib", - şirkətin İdarə Heyətinin sədri V.Həsənov bildirib.

Ötən il Azərbaycan Dövlət Sosial Müdafiə Fonduna 186 630,82 manat ödənilib.

Korporativ sosial məsuliyyət siyasətinə riayət edən "Qarant Sığorta" şirkəti 2009-cu ildə müxtəlif sponsorluq layihələrinə sərf olunan xərcləri artırıb. 2008-ci ildə sponsorluğa 8 929,52 manat sərf olunduğu halda, 2009-cu ildə bu məbləğ 30 min manat təşkil edib.

2009-cu ildə şirkətin əməkdaşları "Qarant avto", "Qarant Sığorta", "Qarant Uşaq", həmçinin, "Xaricə səfər edənlərin sığortalanması" adlı yeni məhsullarını təqdim ediblər.

Həmçinin, 2009-cu ildə "Qarant Sığorta" "Qarant sığorta agenti" MMC-nin yaradılması üçün Maliyyə Nazirliyinin lisenziyasını alıb.

2009-cu ilin yanvarında "Qarant Sığorta" şirkəti Azərbaycanda ilk dəfə olaraq ISO 9001:2008 Beynəlxalq Sertifikatı üzrə auditi müvəffəqiyyətlə keçib.

"Qarant Sığorta" 2008-ci ilin əvvəlindən faktik olaraq fəaliyyətə başlayıb.

Xəbər lenti

Xəbər lenti