Azərbaycan, Bakı, 15 mart / Trend /
2010-cu ilin fevral ayında Parabank ikinci dəfə Moody International tərəfindən ISO 9001:2008 sertifikatına layiq görülüb. Bu barədə bankın bazar ertəsi yayılan məlumatında deyilir.
ISO 9001:2008 standartı ISO beynəlxalq təşkilatı tərəfindən 2008-ci ilin noyabrında təqdim olunmuşdu. ISO 9000 keyfiyyət sertifikatı menecment sisteminin dünyanın ən nüfuzlu 9000 seriyalı ISO standartlarına uyğunluğunun sənədli təsdiqidir. 9000 seriyasından ən əsas ISO standartı ISO 9001:2008 hesab edilir.
Parabank 9001:2000 beynəlxalq sertfikata birinci dəfə ötən ilin yanvarında layiq görülüb. Sertifikasiyalı audit isə Moody International tərəfindən aparılıb.