...

2009-cu ildə Azərbaycanda makroiqtisadi sabitlik saxlanılıb - Baş nazir Artur Rəsizadə

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2010 14:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir İ.Xəlilova/

2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan balanslaşdırılmış sosial-iqtisadi siyasət əvvəlki illərdə olduğu kimi, Azərbaycanın dinamik inkişafına xidmət edib. Bu barədə Baş nazir Artur Rəsizadə çərşənbə axşamı Milli Məclisdə Nazirlər Kabinetinin 2009-cu ildə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına dair hesabatının müzakirəsində bildirib.

"Dünya maliyyə və iqtisadi böhranına baxmayaraq, ötən il Azərbaycanda makroiqtisadi sabitlik saxlanılıb, real artım və əhalinin rifahı təmin edilib", - Rəsizadə deyib.

Uzun illərdir ki, əsas iqtisadi göstərici - ÜDM tempinə görə Azərbaycan dünya ölkələri arasında ən yüksək mövqeni tutur.

"Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində əldə olunan kəmiyyətli və keyfiyyətli dəyişikliklər iqtisadiyyatın inkişafın yeni mərhələsinə keçidinin əsasını qoyub", - Baş nazir vurğulayıb.

Ölkə hökuməti makroiqtisadi sabitliyin, istehsalatın rəqabət qabiliyyətinin saxlanması, pul-kredit siyasətinin gücləndirilməsi, sosial problemlərin həlli, əhalinin aztəminatlı təbəqəsinin müdafiəsi, sahibkarlığın işgüzar fəallığının artırılması məqsədilə ötən il müvafiq tədbirlər həyata keçirib.

"Azərbaycan iqtisadiyyatının diversifikasiyası nəticəsində ölkənin qeyri-neft sektorunda artım nümayiş olunub", - Rəsizadə deyib.

Onun sözlərinə görə, BVF, DB, AYİB kimi aparıcı beynəlxalq maliyyə şirkətləri Azərbaycanda böhran əleyhinə həyata keçirilən tədbirləri yüksək qiymətləndirib. DB-nin və BMK-nın növbəti Doing Business hesabatında Azərbaycan öz aparıcı mövqeyini saxlayıb.

Ümumdünya İqtisadi Forumu rəqabət qabiliyyətinin indeksi üzrə Azərbaycanı 51-ci yerə çıxarıb ki, bu da MDB ölkələri arasında ən yüksək göstəricidir.

Hesabat dövründə real ÜDM artımı 9,3 təşkil edib, 34,6 mrld manata çatıb, qeyri-neft sektorunda isə 3,2 faiz təşkil edib. İnflyasiyasının səviyyəsi 1,5 faizə enib.

"Əvvəlki illərdə olduğu kimi, sosial məsələlərin həlli ölkə hökumətinin fəaliyyətində prioritet yer tutub", - Rəsizadə deyib. O, həyata keçirilən tədbirlər sırasında orta aylıq əmək haqqının 8,6 faiz artaraq 298 manata çatmasını, əmək pensiyasının 104 manat təşkil etməsini göstərib. Minimal əməkhaqqı və baza pensiyası 75 manat təşkil edib.

Ötən il 654 min nəfərə ünvanlı sosial yardımın verilməsi üçün dövlət büdcəsindən 180 mln manat ayrılıb.

Xəbər lenti

Xəbər lenti