...

Azərbaycanda istehlakçıların hüquqlarının pozulmasına görə 2009-cu ildən 1,6 mln manatdan çox cərimə sanksiyası tətbiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2010 15:50 (UTC +04:00)
2009-cu ildə İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidməti istehlak üçün yararsız olan 543 ton ərzaq məhsulunu satışdan çıxarıb. 2010-cu ilin əvvəlindən 46,2 min ton belə məhsul satışdan çıxarılıb.
Azərbaycanda istehlakçıların hüquqlarının pozulmasına görə 2009-cu ildən 1,6 mln manatdan çox cərimə sanksiyası tətbiq edilib

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir Ü.İsmayılova/

2009-cu ildə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidməti istehlak üçün yararsız olan 543 ton ərzaq məhsulunu satışdan çıxarıb. 2010-cu ilin əvvəlindən 46,2 min ton belə məhsul satışdan çıxarılıb. Bunu çərşənbə günü "İstehlakçıların hüquqlarının müdafiəsi: reallıqlar, perspektivlər" mövzusunda keçirilən konfransda Dövlət Xidməti rəhbərinin müavini Araz Əliyev deyib.

"Satışdan çıxarılan ərzaq məhsullarıın arasında ət və ət məhsulları, balıq məhsulları, yağ, konservləşdirilmiş ərzaqlar, mineral sular və sərinləşdirici iççilər, meyvə və tərəvəz, süd məhsulları, spirtli içkilər olub", - Əliyev deyib.

Onun sözlərinə görə, 2009-cu ildə 136,7 ton istifadə müddəti bitmiş, 1,5 ton mənşəyi məlum olmayan, 393,9 ton normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, 10,9 ton müvafiq temperatur şəraitində saxlanmayan məhsullar aşkar edilib. 2010-cu ilin əvvəlindən Dövlət Xidməti mənşəyi məlum olmayan 1,5 ton, istifadə müddəti bitmiş 11,6 ton, normativ-texniki sənədlərə uyğun olmayan 33,1 ton məhsulu satışdan çıxarıb.

Əliyev onu da bildirib ki, ilin əvvəlindən satışdan çıxarılan 18,8 ton məhsul (2009-cu ildə 137 ton) məhv edilib, 24,9 ton (1,4 ton) təkrar emala göndərilib, 1,4 ton (403,9 ton) məhsul müvafiq laborator müayinədən keçdikdən sonra satışa qaytarılıb.

Əliyevin sözlərinə görə, 2009-cu ilin Uşaq İli elan olunması ilə əlaqədar Dövlət Xidməti tərəfindən 1,7 ton istifadə müddəti bitmiş uşaq qidası, həmçinin normativ-texniki sənədlərə uyğun olmayan 11 300 ədəd uşaq oyuncağı və 2 397 ədəd uşaq geyimi satışdan çıxarılıb və məhv edilib.

"Ölkədə tikinti materialları bazarında aparılmış monitorinqlər çərçivəsində ötən il 1017, 5 ton saxta sement satışdan çıxarılıb", - Əliyev deyib.

Onun sözlərinə görə, yanvar-fevral aylarında Dövlət Xidmətinə istehlakçıların hüquqlarının pozulması ilə bağlı 31 müraciət (2009-cu ildə 221 müraciət olub) daxil olub. 15 hal üzrə istehlakçıların hüqüqları bərpa olunub, 16 hal üzrə müraciətlərə baxılması davam edir.

Əliyevin sözlərinə görə, yanvar-fevral aylarında Dövlət Xidməti 162 qanun pozuntusu faktı üzrə araşdırma aparıb və bu pozuntular üzrə ümumi məbləği 255,9 min manat həcmində cərimə sanksiyası tətbiq edilib. Ötən il bu göstərici 1,388 milyon manat (858 fakt üzrə) olub. 2010-cu ildə 144,6 min manat, 2009-cu ildə 521,3 min manat həcmində cərimə sanksiyasının dövlət büdcəsinə ödənilməsi təmin olunub.

Martın 17-nə olan rəsmi məzənnə 0,8033 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti