...

Azərbaycan və Rusiya arasında dəmiryol nəqliyyatı tamamilə bərpa olunub - Azərbaycan Dəmir Yolları

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2010 12:23 (UTC +04:00)
Bazar günü Dağıstanda dəmir yolunda baş verən partlayış nəticəsində dayandırılan Azərbaycan - Rusiya və əks istiqamətdə gedən qatarların hərəkəti tamamilə bərpa olunub. Bu barədə bazar ertəsi "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
Azərbaycan və Rusiya arasında dəmiryol nəqliyyatı tamamilə bərpa olunub - Azərbaycan Dəmir Yolları

Azərbaycan, Bakı, 5 aprel /Trend/

Bazar günü Dağıstanda dəmir yolunda baş verən partlayış nəticəsində dayandırılan Azərbaycan - Rusiya və əks istiqamətdə gedən qatarların hərəkəti tamamilə bərpa olunub. Bu barədə bazar ertəsi "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

"Əvvəl gecikən bütün qatarlar artıq Bakıya gəlib. Azərbaycanın paytaxtından da bütün qatarlar göndərilib. Bütün işlər cədvələ uyğun aparılır",- QSC-dən bildirilib. Xüsusilə də axşam, Tümen - Bakı marşrutu ilə gedən qatar Mahaçqala stansiyasında yola düşəcəyini gözləyir; Bakı-Rostov qatarı isə hərəkətin bərpa olunmasını Dərbənddə gözləyir.

Xəbər lenti

Xəbər lenti