PremiumIFC risk-menecment sisteminin tətbiqi sahəsində Azərbaycanın dördüncü bankına dəstək göstərməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2010 19:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel /Trend, N.İsmayılova/

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) risk-menecment sisteminin tətbiqi sahəsində Azərbaycanın dördüncü bankına dəstək göstərmək niyyətindədir. Bu barədə IFC-nin maliyyə bazarında antiböhran tədbirlərinin aparılması layihəsinin rəhbəri Hart Bedford çərşənbə günü bildirib.

"Layihə çərçivəsində biz Azərbaycan bankları və Mərkəzi Bankda risklərin idarə olunması sisteminin tətbiq edilməsinə dəstək göstərmək məqsədi ilə onlarla işləyirik. Əsas məsələ pis aktivlərin idarə olunmasını yaxşılaşdırmaq, bankların kredit vermək bacarığını yüksəltməkdir", - Bedford deyib.

Onun sözlərinə görə, IFC AGBank, Unibank və Turanbank ilə fəal işləyir və hazırda dördüncü bankın müəyən edilməsinə dair Azərbaycan Mərkəzi Bankı ilə müzakirələr aparır.

IFC-nin maliyyə bazarında antiböhran tədbirlərinin aparılması layihəsi 2009-cu ilin yayında start götürüb və iki il üçün nəzərdə tutulub. Layihə çərçivəsində həyata keçirilən tədbirlərin maliyyələşdirilməsi IFC və bankların özləri hesabına həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti