...

Azərbaycanda xeyli miqdarda istifadə müddəti ötmüş ərzaq məhsulları aşkarlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2010 19:10 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında aparılan növbəti monitorinq zamanı üzərində istehsal tarixi olmayan və normativ texniki sənədlərin tələblərinə uyğun markalanmamış 28 840 kiloqram duz, istifadə müddəti ötmüş 5 376 kiloqram şokolad və 408 kiloqram üyüdülmüş ərik tumu aşkar olunub.
Azərbaycanda xeyli miqdarda istifadə müddəti ötmüş ərzaq məhsulları aşkarlanıb

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında aparılan növbəti monitorinq zamanı üzərində istehsal tarixi olmayan və normativ texniki sənədlərin tələblərinə uyğun markalanmamış 28 840 kiloqram duz, istifadə müddəti ötmüş 5 376 kiloqram şokolad və 408 kiloqram üyüdülmüş ərik tumu aşkar olunub. Bu barədə nazirliyin bazar ertəsi yayılan məlumatında deyilir.

Bu vaxtı ötmüş məhsullar Bakı şəhəri Sabunçu rayonunda yerləşən fiziki şəxs Haşem Fathali Bağeriyə məxsus anbarda aşkarlanıb.

Bundan başqa, sahibkara məxsus sexdə istehsal edilmiş 2378,8 kiloqram "Toppuş" nişanlı şirniyyatın (külçə) üzərində saxlama müddətinin normativ-texniki sənədlərdə müəyyən olunmuş müddətdən artıq göstərildiyi, istehsal edilən məhsulların resepturasının, hazır məhsulların qablaşdırılmasında istifadə olunan materialların uyğunluq və gigiyenik sertifikatlarının olmadığı aşkar edilib.

Qeyd edilən qanun pozuntuları ilə əlaqədar məhsul istehsalı və satışının dayandırılması, bu malların ticarət şəbəkəsindən yığılması barədə sahibkar Haşem Fathali Bağeriyə icrası məcburi olan göstəriş verilib.

Xəbər lenti

Xəbər lenti