...

Bank of Baku-nun kredit portfeli 142 milyon manatı ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2010 14:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Bank of Baku ASC-nin kredit, o cümlədən istehlak, biznez və nağd kreditlər sahəsində aktiv siyasəti, həmçinin, bank tərəfindən müştərilər üçün mütəmadi olaraq keçirdiyi müxtəlif kampaniyaları nəticəsində bankın kredit portfelində artım müşahidə olunur. Bu barədə bankın bazar ertəsi yayılan məlumatında deyilir.

Qeyd edək ki, 2010-cu il aprelin 1-də Bank of Baku-nun kredit portfeli 142,8 mln manat təşkil edib. İstehlak kreditlərinin payı 2009-cu ilin analoji göstəricisi ilə müqayisədə 22,6% artım nümayiş etdirərək, 108,5 mln manat təşkil edir.

2010-cu ilin yanvar-mart ayları ərzində fəaliyyəti nəticəsində Bank of Baku-nun gəlirləri 10,51 mln manat təşkil edib. 2009-cu ilin I rübünün göstəriciləri ilə müqayisədə bankın balans mənfəəti 27,7% artaraq, 3,520 mln manat təşkil edib.

2010-cu il aprelin 1-də bankın aktivləri 194,6 mln manat təşkil edib.

Bankın ROA (vergi çıxıldıqdan sonra xalis mənfəət/həmin dövr ərzində aktivlərin orta qalığı) göstəricisi 2009-cu ilin analoji müddətinə olan nəticələrlə müqayisədə artaraq, 7,42%, ROE (vergi çıxıldıqdan sonra xalis mənfəət/həmin dövr ərzində məcmu kapitalın orta qalığı) göstəricisi isə 36,86% təşkil edib.

Hal-hazırda bank aktiv kredit siyasətini davam edərək, bütün təbəqələri əhatə edən müştərilərinə bir sıra kredit məhsulları təqdim edir:

• istehlak kreditləri

• müsbət kredit tarixçəli müştərilər üçün nağd pul krediti və xətti bərpa olunan "Kredit kart" məhsulu

• "Tələbə kartı" adlı xüsusi kredit proqramı

• bankın partnyor-şirkətlərinin, dövlət və iri özəl şirkətlərinin əməkdaşları üçün kart vasitəsilə faydalı kredit xətti

• təhsil və tibb müəssisələrinin əməkdaşları üçün nağd pul krediti

2010-cu ilin aprel ayının əvvəlinə bankın 15 filialı və 2 bölməsi əhali üçün xidmət göstərir. Hazırda 24 bankomat, 22 Cash-in ödəniş köşkü və 205 POS-terminal işləyir. Bank of Baku-nun müştəri bazası artmaqda davam edərək, 1 aprel 2010-cu il tarixinə 140 min nəfərdən çox təşkil edir.

Aprelin 26-na olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti