...

Azərbaycan regionlarında daşqınlar başa çatandan sonra, bu ərazilər dezinfeksiya olunmalıdır - nazir Oqtay Şirəliyev

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2010 12:32 (UTC +04:00)
Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Şirvan şəhərində olub. Burada təbii fəalkət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən artıq ev uçub, iki min ev isə qəza vəziyyətindədir.
Azərbaycan regionlarında daşqınlar başa çatandan sonra, bu ərazilər dezinfeksiya olunmalıdır - nazir Oqtay Şirəliyev

Azərbaycan, Bakı, 8 may /Trend/

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Şirvan şəhərində olub. Burada təbii fəalkət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən artıq ev uçub, iki min ev isə qəza vəziyyətindədir.

"Əsas etibarilə Kür çayının sahilində yerləşənlər köçürülür. Fövqəladə Hallar Nazirliyi orada böyük iş aparır. Biz əhalinin müvəqqəti yerləşdirildiyi yerlərə həkimləri səfərbər etmişik. Orada dərmanlarla bağlı heç bir problem yoxdur, nə lazımdırsa edilir, "təcili yardım" maşınları var. Həkimlər gün ərzində növbətçilik edir, daha doğrusu, tibbi xidmətlərlə bağlı problem yoxdur", - Şirəliyev Prezident İlham Əliyevin rəhbərliyi altında keçirilən Kür çayında suyun səviyyəsinin artması nəticəsində baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına həsr olunmuş müşavirədə deyib. Bu barədə məlumatı AzərTAc Dövlət Agentliyi məlumat yayıb.

Səhiyyə naziri Oqtay Şirəliyev fəlakətin nəticələrinin aradan qaldırılmasından sonra, görüləcək işlər barədə də danışıb.

"Daşqınlar başa çatdıqdan sonra bu ərazilər dezinfeksiya olunmalıdır. Biz orada yoluxucu xəstəliklərin qarşısının alınması üçün böyük işlər həyata keçirməliyik. Bunun üçün artıq indidən tədbirlər görülür. Bütün zəruri vasitələr var. Hazırkı işlər başa çatdıqdan sonra, biz ikinci mərhələdə işlərin yerinə yetirilməsinə başlayacağıq", - nazir deyib.

Xəbər lenti

Xəbər lenti