Azərbaycan, Bakı, 20 may /Trend, müxbir N.İsmayılova/
Azərbaycan Banklar Assosiasiyası (ABA) Avropa Bank Federasiyasının (ABF) dəstəyi ilə mayın 27-də Bakıda "Regionlararası bank əməkdaşlığı: etibarlı maliyyə gələcəyi" konfransını keçirəcək. Bu barədə ABA-nın məlumatında deyilir. Konfransda beynəlxalq əməkdaşlığa mane olan çətinliklərin aradan qaldırılması perspektivləri və maliyyə-bank sisteminin inkişafında maliyyə mərkəzlərinin rolu müzakirə olunacaq.
Konfransın iştirakçıları arasında Kolumbiya Universitetinin professoru Robert Mandel (1999-cu ildə Nobel mükafatı laureatı) də olacaq.
Konfransa bütün Avropa ölkələrinin bank assosiasiyalarının üzvləri, MDB-nin bank assosiasiyaları, beynəlxalq təşkilatların nümayəndələri, hakimiyyət orqanlarının rəhbərləri dəvət olunublar.
Konfrans başa çatdıqdan sonra mayın 28-də Bakıda Avropa Banklar Federasiyasının assosiativ üzvlərinin 30-cu iclası keçiriləcək.