...

Azərbaycanda bir sığorta şirkətinin lisenziyası bərpa olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2010 14:31 (UTC +04:00)
Azərbaycanın Maliyyə Nazirliyi "Əmrah-Siğorta" ASC-nin mayın 7-də dayandırılan sığorta fəaliyyəti üçün lisenziyanı bərpa edib, - çərşənbə axşamı nazirlikdən yayılan məlumatda belə deyilir.
Azərbaycanda bir sığorta şirkətinin lisenziyası bərpa olunub

Аzərbaycan, Bakı, 25 may /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanın Maliyyə Nazirliyi "Əmrah-Siğorta" ASC-nin mayın 7-də dayandırılan sığorta fəaliyyəti üçün lisenziyanı bərpa edib, - çərşənbə axşamı nazirlikdən yayılan məlumatda belə deyilir.

"Şirkətin lisenziyası əvvəllər kapitalın normativ tələblərə uyğun gəlməməsi ilə bağlı aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması nəticəsində bərpa olunub", - məlumatda bildirilir.

"Əmrah-Sigorta"nın fəaliyyət lisenziyası 25 may 2010-cu ildə bərpa olunub.

Lisenziyanın bərpası üçün şirkət 1,5 mln manat həcmində Dövlət Komitəsində qiymətli kağızlar emissiyası üzrə qeydiyyatdan keçib. Emissiyanın yaradılması nəticəsində, şirkətin ümumi kapitalının həcmi tələb olunan səviyyəyə - 2 mln manata çatdırılıb.

Mayın 7-də Azərbaycan Maliyyə Nazirliyinin əmri ilə üç şirkətin - "Günay-Sığorta", "Azal-Sığorta"  və "Əmrah-Sığorta"nın sığorta fəaliyyətinin həyata keçirilməsi üzrə lisenziyası dayandırılmışdı. Belə qərar sığorta qanunvericiliyi ilə müəyyən edilmiş ödəniş qabiliyyəti və sığortaçıların maliyyə sabitliyi normativlərinin yerinə yetirilməsi üzrə dövlət sığorta nəzarəti orqanının göstərişlərinin yerinə yetirilməməsi ilə bağlıdır. Həmin şirkətlərə pozuntuların aradan qaldırılması üçün altı ay verilib, daha doğrusu, lisenziyaların fəaliyyəti dayandırıldığı vaxtdan, onlar yeni müqavilə bağlaya bilməzlər. Lakin qüvvədə olan müqavilələr üzrə öhdəliklər yerinə yetirilməlidir.

"Sığorta fəaliyyəti haqqında" qanuna uyğun olaraq, 2010-cu il yanvarın 1-dən sığorta şirkətləri ümumi kapitalı iki milyon manatadək çatdırmalıdırlar. Bundan əvvəl, aprelin sonlarında, "Azinvest Siğorta" ASC-yə sığorta fəaliyyəti üzrə müddətsiz lisenziyanın verilməsindən imtina edilmişdi, daha doğrusu, şirkət ölkənin sığorta bazarında öz mövcudluğuna son qoymuşdu.

"Əmrah-Sığorta" 1993-cü ildə yaradılıb. Şirkət 18 sığorta xidməti göstərmək üzrə lisenziyaya malikdir. Onlardan 3-ü icbaridir. Şirkətin səhmdarları iki fiziki şəxsdir.

Mayın 25-nə rəsmi məzənnə 0,8036 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti