...

Azərbaycan regionlarındakı sahibkarlara daha 388 min manatlıq güzəştli kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2010 17:53 (UTC +04:00)
Cümə axşamı Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə Samux və ona yaxın rayonlarda 25 sahibkara 388 min manat məbləğində güzəştli şərtlərlə kredit verilib.
Azərbaycan regionlarındakı sahibkarlara daha 388 min manatlıq güzəştli kredit verilib

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir Ü.İsmayılova/

Cümə axşamı Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə Samux və ona yaxın rayonlarda 25 sahibkara 388 min manat məbləğində güzəştli şərtlərlə kredit verilib. Bu barədə nazirliyin cümə axşamı yaydığı məlumatda deyilir.

"Bu vəsaitlərlə həyata keçiriləcək layihələr 51 yeni iş yerinin açılmasına imkan verəcək", - məlumatda qeyd olunur.

Cümə axşamı SKMF Azərbaycanın Gəncə-Qazax iqtisadi regionunda 240 sahibkarın iştirakı ilə növbəti tədbir keçirib. Tədbir regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi məsələlərinə həsr olunub.

Tədbir iştirakçıları "AzRus-Dostluq" ASC şirkəti tərəfindən yaradılan istixanalar şəraitində tərəvəz yetişdirilməsi prosesi, eləcə də "Ruzi Toxumçuluq" şirkəti tərəfindən tikilən heyvandarlıq kompleksi ilə tanış olublar. İstixaların və kompleksin tikintisi SKMF-in ayırdığı güzəştli kreditlər hesabına həyata keçirilib.

Həmçinin SKMF-də treninq keçirilib və sahibkarlar güzəştli kreditlərin verilməsi mexanizmi barədə məlumatlandırılıblar.

Mayın 27-nə olan rəsmi məzənnə 0,8036 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti