...

Azərbaycanın Kapital Bank-ı kart sahiblərini avro ilə valyuta əməliyyatları aparılan zaman konvertasiyaya olan itkilərdən qoruyur

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2010 17:11 (UTC +04:00)
Kaptial Bank Visa INC. beynəlxalq ödəniş sistemi ilə birlikdə Multi Currency adı altında layihəni başa çatdırıb.
Azərbaycanın Kapital Bank-ı kart sahiblərini avro ilə valyuta əməliyyatları aparılan zaman konvertasiyaya olan itkilərdən qoruyur

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Kaptial Bank Visa INC. beynəlxalq ödəniş sistemi ilə birlikdə Multi Currency adı altında layihəni başa çatdırıb. Bu barədə bankın çərşənbə axşamı yayılan məlumatında deyilir.

"Bu layihə avro ilə valyuta əməliyyatları aparan zaman itkilərin qarşısını alır və bununla da müştərilərin konvertasiya xərclərini aradan götürür", - məlumatda deyilir.

Hazırda avro ilə hesab açmış VISA Kapital Bank kart sahibləri Avrozonada hesablaşmaları konvertasiyaya xərc çəkmədən ödəmə kartları ilə apara bilərlər. Kapital Bank VISA beynəlxalq ödəniş sisteminin 2003-cü, MasterCard beynəlxalq ödəniş sisteminin isə 2001-ci ildən prinsipal üzvüdür.

Kapital Bank plastik kartlar bazarının lideri olaraq 2 milyondan çox kart sahibinə xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti