...

Azərbaycanda 520 kiloqramdan çox keyfiyyətsiz ərzaq məhsulları satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyun 2010 18:03 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında növbəti monitorinq keçirərkən satışdan 520 kiloqramdan çox istifadə müddəti ötmüş ərzaq məhsulları çıxararaq məhv edib.
Azərbaycanda 520 kiloqramdan çox keyfiyyətsiz ərzaq məhsulları satışdan çıxarılıb

Azərbaycan, Bakı, 16 iyun /Trend/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında növbəti monitorinq keçirərkən satışdan 520 kiloqramdan çox istifadə müddəti ötmüş ərzaq məhsulları çıxararaq məhv edib. Bu barədə nazirliyin məlumatında deyilir.

Monitorinqlər Bakının Yasamal, Nərimanov, Səbail, Binəqədi, Xəzər, Suraxanı, Nəsimi və Xətai rayonlarında və ölkənin Şəki, Daşkəsən, Qazax, Ağstafa, Gəncə, Qusar və Füzuli rayonlarında keçirilib.

Ticarət obyektlərində vaxtı ötmüş kolbasa, konditer məhsulları, yağ, süd və süd məhsulları, konservləşdirilmiş məhsullar, un məmulatları, alkoqol və sərin içkilər, balıq və dəniz məhsulları və uşaq qidası müsadirə edilib.

İstelakçı hüquqlarını pozan fiziki və hüquqi şəxslərə qarşı inzibati tədbirlər görüləcək.

Xəbər lenti

Xəbər lenti