...

IFAD Azərbaycan ilə əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2010 16:52 (UTC +04:00)
Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (IFAD) prezidenti Kanayo Nuanze İslam İnkişaf Bankının (İİB) Bakıda keçirilən 35-ci illik iclasında iştirak edəcək.
IFAD Azərbaycan ilə əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə edəcək

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir N.İsmayılova/

Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (IFAD) prezidenti Kanayo Nuanze İslam İnkişaf Bankının (İİB) Bakıda keçirilən 35-ci illik iclasında iştirak edəcək. Bu barədə fondun məlumatında deyilir.

O, bankın "Böhrandan sonra üzv ölkələrdə ərzaq təhlükəsizliyinin əldə edilməsi" mövzusunda keçirilən 21-ci illik simpoziumunda çıxış edəcək.

Səfər çərçivəsində kənd yerlərində yoxsulluq səviyyəsinin azaldılması, məhsuldarlığın artırılması məqsədilə kiçik sahibkarlığın uzunmüddətli investisiyalaşdırılması və IFAD və Azərbaycan arasında əməkdaşlığın axtarılması yolları üzrə müzakirələrin aparılması planlaşdırılıb.

İndiyədək IFAD Azərbaycanda dəyəri 48,1 milyon dollar olan dörd proqramın həyata keçirilməsinə kömək göstərib və nəticədə ehtiyacı olan 40 min kənd ailəsinə yardım edilib. İİB ilə dəyəri 100 milyonluq digər birgə layihə hazırlıq mərhələsindədir.

Xəbər lenti

Xəbər lenti