...

"Məşədi Əzizbəyov" metrostansiyasından Bakı aeroportu istiqamətində nəqliyyatın hərəkəti dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyun 2010 18:12 (UTC +04:00)
Azərbaycan Nəqliyyat Nazirliyi iki gün ərzində (22 və 23 iyun) "Məşədi Əzizbəyov" metrostansiyasından Sabunçu dairəsinədək hər iki istiqamətdə avtomobil yolu sahəsində hərəkəti dayandırıb.
"Məşədi Əzizbəyov" metrostansiyasından Bakı aeroportu istiqamətində nəqliyyatın hərəkəti dayandırılıb

Azərbaycan, Bakı, 22 iyun /Trend/

Azərbaycan Nəqliyyat Nazirliyi iki gün ərzində (22 və 23 iyun) "Məşədi Əzizbəyov" metrostansiyasından Sabunçu dairəsinədək hər iki istiqamətdə avtomobil yolu sahəsində hərəkəti dayandırıb. Bu barədə "Azəryolservis" (yol tikintisi və istismarı) ASC-dən məlumat verilib.

Hərəkət Böyük Şor yeni yol qovşağının istismara təhvil verilməsi ilə əlaqədar dayandırılıb.

Sürücülərdən alternativ yollardan istifadə etmək xahiş olunur.

Xəbər lenti

Xəbər lenti