...

"DəmirBank"ın aktivləri bir ildə 37% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2010 12:29 (UTC +04:00)
2010-cu il iyunun 1-nə "DəmirBank"ın aktivləri 295,4 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövründəki göstəricidən 80 milyon manat və ya 37,2 faiz çoxdur. Bu barədə bankın cümə axşamı yaydığı məlumatda deyilir. Bankın kredit portfelinin həcmi bir il ərzində 45,1 milyon manat artaraq, 208,6 milyon manatı və ya 27,6 faizi keçib.
"DəmirBank"ın aktivləri bir ildə 37% artıb

Azərbaycan, Bakı, 15 iyul /Trend/

2010-cu il iyunun 1-nə "DəmirBank"ın aktivləri 295,4 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövründəki göstəricidən 80 milyon manat və ya 37,2 faiz çoxdur. Bu barədə bankın cümə axşamı yaydığı məlumatda deyilir. Bankın kredit portfelinin həcmi bir il ərzində 45,1 milyon manat artaraq, 208,6 milyon manatı və ya 27,6 faizi keçib.

İyulun 1-nə "DəmirBank"ın müştəri depozitlərinin ümumi məbləği 110,4 milyon manat təşkil edib. Əhalinin əmanətlərinin məbləği 81,7 milyon manata çatıb. Beləliklə, nəzərdən keçirilən dövrdə bu göstərici üzrə artım 60,3 faiz və ya 30,7 milyon manat təşkil edib.

İyulun 1-nə "DəmirBank"ın nizamnamə kapitalı 19 milyon manat olub, ümumi kapitalı isə 47,9 milyon manatı keçib.

Ölkənin ilk banklarından olan "DəmirBank" (əvvəlki adı "Azərdəmiryolbank") fəaliyyətə 1989-cu ildə başlayıb. Bankın səhmdarları arasında Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiyanın Maliyyə İnkişaf Şirkəti (FMO) kimi böyük beynəlxalq maliyyə təşkilatları təmsil olunub.

İyulun 15-nə rəsmi məzənnə 0,8037 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti