...

Bakıda "Keçid iqtisadiyyatına malik ölkələr üçün dünya iqtisadiyyatının əsas məsələləri" beynəlxalq konfransı öz işinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2010 12:12 (UTC +04:00)
Çərşənbə axşamı Bakıda Azərbaycan Diplomatiya Akademiyasında BMT-nin ticarət və inkişaf konfransı ilə (UNCTAD) birgə "Keçid iqtisadiyyatına malik ölkələr üçün dünya iqtisadiyyatının əsas məsələləri" adı altında beynəlxalq konfrans açılıb.
Bakıda "Keçid iqtisadiyyatına malik ölkələr üçün dünya iqtisadiyyatının əsas məsələləri" beynəlxalq konfransı öz işinə başlayıb

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir V.Javoronkova/

Çərşənbə axşamı Bakıda Azərbaycan Diplomatiya Akademiyasında BMT-nin ticarət və inkişaf konfransı ilə (UNCTAD) birgə "Keçid iqtisadiyyatına malik ölkələr üçün dünya iqtisadiyyatının əsas məsələləri" adı altında beynəlxalq konfrans açılıb.

Konfransın açılışında UNCTAD-ın baş katibi Paniçpakdi Supaçai (Supachai Panitchpakdi) iştirak edib.

"Mən Azərbaycanın iqtisadi inkişafıına heyrətlənirəm. 2009-cu ildəki maliyyə böhranına baxmayaraq, Azərbaycan inflyasiyaya və maliyyə sistemlərinin problemlərinə məruz qalmayıb, dövlət bu çətinliklərdən qaça bilib", - Supaçai konfransın açılışında deyib.

Azərbaycan Diplomatiya Akademiyasının rektoru Hafiz Paşayevin sözlərinə görə, iqtisadi məsələlərə baxış Azərbaycan üçün çox vaxtına təsadüf edir. "Çünki biz indi maraqlı iqtisadi dövr yaşayırıq".

Supaçai Azərbaycanda yoxsulluğun səviyyəsinin azalmasından və ölkədə maddi resurslardan əhalinin sosial inkişafına sərmayə qoymaq üçün istifadə olunmasından razılığını ifadə edib.

Konfransda müxtəlif ölkələrin 20-dən artıq nümayəndəsi iştirak edir. Konfrans avqustun 6-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti